Dəniz quldurları türk gəmisini girov götürdü - Azərbaycanlı öldürüldü

Dəniz quldurları türk gəmisini girov götürdü - Azərbaycanlı öldürüldü
Dünya / HADİSƏ

23 yanvar 2021, 23:43

Mətn ölçüsü

Qvineya yaxınlığında, Sao Tomedən 100 dəniz mili şimal-qərbdə M / V Mozart adlı türk gəmisi Nigeriya dəniz quldurları tərəfindən girov götürülüb. 

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, Nigeriyanın Lagos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə üzən gəmidə 19 heyət üzvü olduğu bildirilir. İlkin məlumatlara görə, Boden adlı türk şirkətinə məxsus gəmi heyətindən 15 nəfərin quldurlar tərəfindən qaçırıldığı bildirilir. 

4-cü kapitan Furkan Yarenin radarı xaricindəki bütün kabellərin yararsız hala dalındığı və dəniz quldurları tərəfindən ona verilən marşrutda hərəkət etdiyi deyilir. O, ayağından yaralı olduğunu da vurğulayıb. F.Yaren 2-ci mühəndis Fərman İsmayalovun öldürüldüyünü deyib.