Daha bir partiya Paşinyana qarşı ordunu müdafiə etdi

Daha bir partiya Paşinyana qarşı ordunu müdafiə etdi
Dünya / SİYASƏT

25 fevral 2021, 14:56

Mətn ölçüsü

Çiçəklənən Ermənistan Partiyası Paşinyana çağırış edib.

Partiya Paşinyanı ölkədə vətəndaş müharibəsi yaratmamağa səsləyib.
Bununla bərabər, polis və Milli Təhlükəsizlik Xidmətinə Paşinyanın əmrlərinə tabe olmamaq çağırışı edilib.
İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan da ordunu müdafiə edib.
O, Baş Qərargahın bəyanatını çevriliş cəhdi saymadığını, bəyanatında dövlət təhlükəsizliyi və konstitusiyaya zidd heç bir şeyin olmadığını bildirib.

Qeyd edək ki, Vətənin Xilası Hərəkatı bu gün 15:00-da Azadlıq meydanına, Nikol Paşinyan isə 16:00-da Respublika meydanına mitinq təyin edib.
Nikol Paşinyan artıq indidən meydana gəlib və tərəfdarları qarşısında çıxışa başlayıb. /Axar.az/