İstanbulda fabrikdə partlayış - YARALILAR VAR

İstanbulda fabrikdə partlayış - YARALILAR VAR
Dünya

01 mart 2021, 11:23

Mətn ölçüsü

İstanbulda süni dəri fabrikində partlayış olub.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, hadisə Arnavutköy rayonunda baş verib. İlkin məlumata görə, yağ qazanın partlaması nəticəsində 3 nəfər yaralanıb. 

Əraziyə polislər və yanğınsöndürmə briqadası cəlb edilib.