İbrahimoviç "Mançester Yunayted"ə qarşı hər iki OYUNU BURAXACAQ

İbrahimoviç "Mançester Yunayted"ə qarşı hər iki OYUNU BURAXACAQ
Dünya / İDMAN

01 mart 2021, 19:27

Mətn ölçüsü

İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç İngiltərənin "Mançester Yunayted" klubu ilə Avropa Liqasının 1/8 final mərhələsininin hər iki oyununu buraxacaq.

News24.az xəbər verir ki, isveçli hücumçu zədə səbəbindən sözügedən qarşılaşmalarda meydana çıxa bilməyəcək. Bud əzələsindən xəsarət alan 40 yaşlı forvardın A Seriyasında "Udineze", "Verona" və "Napoli" ilə matçlarda da iştirak etməyəcəyi gözlənilir. Klub hələlik məlumatı təsdiqləməyib.

Qeyd edək ki, "Mançester Yunayted"lə "Milan" arasında ilk oyun martın 11-də İngiltərədə, cavab görüşü isə 1 həftə sonra İtaliyada olacaq. /report.az