Ukraynada yayımı dayandırılan "112 Ukrayna", "NewsOne", "ZIK" və "Birinci Müstəqil" telekanallarının jurnalistləri fəallarla birlikdə Kiyevin mərkəzində etiraz aksiyası keçiriblər.
News24.az RİA-ya istinadən xəbər verir ki, aksiyanın məqsədi Avropa İttifaqı Şurasının sədri Şarl Mişelə müraciətlərin çatdırılması olub.
Etirazçıların dediklərinə görə, müraciətlərini elektron formatda Ş.Mişelə çatdırıblar. İndi isə fərdi görüşə ümid edirlər.