Ruslarla ermənilər arasında “İskəndər” qalmaqalı davam edir – “Rus silahları bacarıqlı əllərdə olmalıdır…”

Ruslarla ermənilər arasında “İskəndər” qalmaqalı davam edir – “Rus silahları bacarıqlı əllərdə olmalıdır…”
Dünya / SİYASƏT

03 mart 2021, 18:44

Mətn ölçüsü

“Ermənistan hökumətindəki insanlar və onlarla həmfikir olan siyasətçilər problemi ağrılı başdan sağlam başa ötürmək istəyi ilə Rusiya istehsalı olan silahlarla bağlı həqiqətə uyğun olmayan açıqlamalar verırlər”.
 

News24.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının miqrasiya və vətəndaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi, Dumanın komitə sədri Konstantin Zatulin Ermənistan parlamentinin müstəqil deputatı Arman Babacanyanın, “Müharibədə təkcə Ermənistan deyil, həm də onun ən yaxın müttəfiqi Rusiya və rus silahı məğlub oldu” açıqlamasına cavab olaraq deyib.
 
Zatulin istehza ilə qeyd edib ki, Rusiyada pis rəqqas haqqında atalar sözündən başlayaraq, bu kimi halları xarakterizə edən çox sayda xalq deyimləri mövcuddur: "Digər cəbhələrdə rus silahları ən yaxşısıdır və ya ən pis halda digər modellərdən geri qalmır. Amma nədənsə Qarabağda döyüş əməliyyatlarının getdiyi səviyyəyə layiq olmayıblar. Əslində problemi başqa yerdə axtarmalıdırlar  - Ermənistan tərəfinin ordunu düzgün idarə edə bilməməsində və qüvvələrin səfərbər olunmamasında”.
 
Komitə sədri  deyib ki, rus silahları bacarıqlı əllardə olanda öz hədəflərinə çatırlar: “Bu silahlar, onlardan istifadə niyyəti olmadan özbaşına atəş açmırlar”.  
 
Zatulin onu da əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı döyüşlərdə “İskəndər”dən istifadə oluduğu, lakin raketin partlamadığı barədə verdiyi açıqlamanın hansı məqsəd daşıdığı onun üçün anlaşılan deyil.

News24.Az