Roma papası İraqda şiələrinin lideri ilə görüşdü

Roma papası İraqda şiələrinin lideri ilə görüşdü
Dünya

06 mart 2021, 10:53

Mətn ölçüsü

Roma Papa Fransisk İraqa səfəri çərçivəsində şiə müsəlmanlarının mənəvi lideri Əli əl-Sistani ilə görüşüb.

News.24.az  İraqın rəsmi KİV-lərinə istinadən xəbər verir ki, Papa Fransiskin konvoyu şənbə günü Nəcəfdəki hava limanından dini liderlərin görüşünün keçirildiyi iqamətgah istiqamətində hərəkət edib.

Qeyd edək ki, Roma Katolik Kilsəsinin rəhbəri ötən gün Bağdadda danışıqlar aparıb. Papa Baş nazir Mustafa Al-Kazimi və Prezident Berhem Salih ilə görüşüb.

Papanın növbəti ziyarəti Nasiriyadakı Ur şəhəri olacaq.