59 yaşında rəssamlığa başladı: 81 yaşında arzusu gerçəkləşdi
Dünya
Türkiyənin Zonguldak şəhərində yaşayan 81 yaşlı Şahinde Ermiş 59 yaşında başladığı rəssamlıq fəaliyyətində ikinci sərgisini açıb.
News24.az xəbər verir ki, dörd uşaq və beş nəvə sahibi olan Ermiş 22 il əvvəl televiziyada amerikalı rəssam Bob Rossun rəsm dərslərini izlədikdən sonra yağlı boya ilə rəsm çəkməyə başlayıb.
O, ev işləri və bağçılıqla məşğul olduqdan sonra boş vaxtlarında rəsm çəkib. 22 il ərzində 80 əsər hazırlayan Ermiş ilk sərgisini 2006-cı ildə açıb.
81 yaşında isə 23 əsərdən ibarət ikinci sərgisini sənətsevərlərin ixtiyarına verib.
Ermiş rəsm çəkməyin onun üçün böyük məna daşıdığını və bu işlə məşğul olarkən özünü xoşbəxt hiss etdiyini bildirib.
“59 yaşımda başladım. İlk sərgimi 2006-cı ildə açdım. 20 il sonra ikinci sərgimi açdım. Çox xoşbəxtəm”, - deyə o bildirib.