Türkiyədə hərbi təyyarə qəzaya uğradı - PİLOT ŞƏHİD OLDU - VİDEO - YENİLƏNDİ

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - PİLOT ŞƏHİD OLDU - VİDEO - YENİLƏNDİ
Dünya / HADİSƏ

07 aprel 2021, 16:49

Mətn ölçüsü

Türkiyənin Konya bölgəsində hərbi nümayiş təyyarəsinin qəzaya uğraması nəticəsində pilot şəhid olub.

News24.az "NTV Türkiyə"yə istinadən xəbər verir ki, hadisə ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığı verib. 

"Konyada nümayiş təyyarəsinin təlim uçuşu əsnasında qəzaya uğradığını və pilotumuzun təəssüf ki, şəhid olduğunu böyük təəssüf hissi ilə öyrəndim.

Allahdan şəhidimizə rəhmət diləyir, ailəsinə, yaxınlarına, Türk Silahlı Qüvvələrinə və Millətinə başsağlığı verirəm".

*** 15:58
Türkiyədə hərbi nümayiş təyyarəsi qəzaya uğrayıb.

News24.az "NTV Türkiyə"yə istinadən xəbər verir ki, hadisə Konyada baş verib. Qəza yerinə Təcili Tibbi Yardım və Yanğınsöndürmə briqadaları cəlb edilib. 

Pilot vəziyyəti haqda məlumat verilmir. Pilotun qəzadan əvvəl katapult edib etmədiyi məlum deyil.

Teymur Məmmədov Teymur Məmmədov

YouTube