Qırğızıstanda referendum keçirilir

Qırğızıstanda referendum keçirilir
Dünya / SİYASƏT

11 aprel 2021, 09:47

Mətn ölçüsü

Qırğızıstanda konstitusiya dəyişikliyinə dair referendum keçirilir.

News24.az RİA-ya istinadən xəbər verir ki, 2435 seçki məntəqəsi yerli vaxtla 08:00-da açılıb və seçicilər 12 saat ərzində səsvermə hüququndan istifadə edə biləcəklər.

Artıq Qırğızıstan prezidenti Sadır Japarov 1053 saylı məntəqədə səs verib. Jurnalistlərin suallarını cavablayan prezident bildirib ki, bu günə qədər Qırğızıstanın konstitusiyası digər ölkələrin konstitusiyaların əsasında hazırlanıb: "İlk dəfə konstitusiyamızı özümüz yazdıq. Bu prosesdə ağsaqqallar və mütəxəssislər iştirak ediblər. Xalq bu konstitusiyanı qəbul edəcəyi təqdirdə, Qırğızıstan sabahdan buna uyğun yaşamağa başlayacaq".

Qeyd edək ki, Qırğızıstanda referendumda iki saat ərzində 5.04faiz insan iştirak edib. 

Teymur Məmmədov Teymur Məmmədov