6 aylıq körpə dağıntılar altından sağ çıxarıldı - Video

6 aylıq körpə dağıntılar altından sağ çıxarıldı - Video Dünya

Kolumbiyanın Kali şəhərində zəlzələdən sonra 6 aylıq körpə və anası dağıntılar altından xilas edilib.

News24.az xəbər verir ki, bu barədə “Notisias Karakol” telekanalı məlumat yayıb.

Məlumata görə, xilasedicilər körpəni və anasını dağıntılar altından sağ çıxara biliblər.

Körpənin yüngül xəsarət aldığı və həkimlərin ona tibbi yardım göstərdiyi bildirilib.

Dağılan binanın ərazisində axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında yaşlı ər-arvad və onların 7 yaşlı nəvəsinin də həyat əlamətləri göstərdiyi bildirilir.

Qeyd edək ki, avqustun bu gün gecə saatlarında Kolumbiyada 7,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Çoko departamentinin San-Xose-del-Palmar bələdiyyəsində yerləşib.

Yeraltı təkanlar paytaxt Boqotada, həmçinin Pereyra və Manisales şəhərlərində hiss olunub.

Çox sayda ev dağılıb, bir sıra avtomobil yollarında hərəkət məhdudlaşıb və hava limanlarının fəaliyyəti dayandırılıb.