60 günlük atəşkəs bu gün bitir - Müharibə yenidən başlayır?
Dünya
Avqustun 17-də ABŞ və İranın anlaşma memorandumuna əsasən daimi razılaşmaya nail olması üçün nəzərdə tutulan 60 günlük atəşkəs müddət başa çatır.
News24.az xəbər verir ki, bu razılaşma Hörmüz boğazının açılmasını və İranın nüvə silahına malik olmamasına zəmanət verilməsini nəzərdə tutub.
ABŞ rəsmilərinin “The New York Times”a bildirdiyinə görə, administrasiya müəyyən edilmiş müddətdə əsas məsələlər üzrə razılığa gəlməyin mümkün olmayacağını anlayır.
Söhbət ilk növbədə Hörmüz boğazından gedir.
Nəşrin mənbələrinin sözlərinə görə, Vaşinqtonda başa düşürlər ki, münaqişə hərbi qarşıdurmadan iqtisadi müharibəyə keçib.
Əsas fikir ayrılıqları arasında Hörmüz boğazı ilə yanaşı, İranın nüvə proqramı, beynəlxalq sanksiyaların aradan qaldırılması və xaricdə dondurulmuş İran aktivlərinin açılması da var.
İran hakimiyyəti həmçinin ölkəyə dəymiş zərərə görə kompensasiya ödənilməsini tələb edir.
İran güzəştə getməkdən imtina edir və müharibədə qalib gəldiyini bildirir.
Tehran hesab edir ki, Hörmüz boğazına nəzarət bir neçə nüvə bombasından daha effektiv vasitə olub.
ABŞ İrana qarşı yeni yanaşma tapa bilməyib və ölkəni təcrid etməyə çalışır, lakin bu cəhdlər ciddi nəticə vermir.
Buna baxmayaraq, danışıqlar davam edir.