Putin və Bayden görüşəcəyi məkanla bağlı NÖVBƏTİ İDDİA

Putin və Bayden görüşəcəyi məkanla bağlı NÖVBƏTİ İDDİA
Dünya / SİYASƏT

06 iyun 2021, 11:40

Mətn ölçüsü

Rusiya və ABŞ prezidentlərinin görüşü Cenevrədəki "La Grange" villasında və ya "Hôtel Résidence Parc des Eaux Vives"də baş tutacaq.

News24.az xəbər verir ki, bu barədə İsveçrənin "NZZ am Sonntag" nəşri məlumat yayıb. 

Qəzetin yazdığına görə, iki liderin görüş yeri 1985-ci ildə Mixail Qorbaçov və Ronald Reyqan arasındakı danışıqlarda olduğu kimi, gölə baxan villa ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin və Co Baydenin görüşünün Birləşmiş Millətlər Təşkilatının Cenevrə qərargahı ilə üzbəüz yerləşən Beynəlxalq Konfrans Mərkəzində olacağı bildirilmişdi.