Məhkəmə azərbaycanlı blogerlə bağlı qərar verdi

Məhkəmə azərbaycanlı blogerlə bağlı qərar verdi
Dünya

26-07-2021, 18:17

Mətn ölçüsü

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovla bağlı qərar bəlli olub.

Bloger "Lamborghini" markalı maşını sərxoş halda sürməsi və tibbi yoxlanışdan keçməkdən imtina etməsi səbəbindən bir il yarım müddətinə sürücülük vəsiqəsindən məhrum edilib.

Bundan başqa o, 30 min rubl (691 azn) cərimə ödəməli olacaq. /Unikal.org/