67 yaşında yenidən ata olacaq

67 yaşında yenidən ata olacaq Dünya

Fransız rejissor Lük Besson 67 yaşında yenidən ata olmağa hazırlaşır.

News24.az xəbər verir ki, rejissor 35 yaşlı sevgilisi, vəkil və teleaparıcı Sara Saldmann ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.

Cütlük 23-cü Monte Karlo Komediya Film Festivalında iştirak edib. Nəşrin paylaşdığı görüntülərdə Saldmannın hamilə olduğu və artıq böyüyən qarnı ilə poza verdiyi görünür. Bu, onun ilk övladı olacaq.

Qeyd edək ki, Lük Bessonun əvvəlki münasibətlərindən beş övladı var. Onun böyük qızı Cülyetta 1987-ci ildə aktrisa Ann Parillodan, Şanna isə aktrisa Maïwenn Le Beskodan dünyaya gəlib. Rejissorun digər üç övladı – Talia, Satine və Mao prodüser Virginie Silla ilə münasibətindən doğulub.

Besson 2025-ci ildə Sara Saldmann ilə münasibətlərini rəsmən təsdiqləyib. Cütlük ilk dəfə həmin il Roma Film Festivalında birlikdə görüntülənib. Onların münasibətləri ilə bağlı şayiələr isə 2023-cü ildən yayılmağa başlayıb.

Xatırladaq ki, 2026-cı ilin mayında Lük Bessona qarşı irəli sürülən təcavüz ittihamı ilə bağlı DNT testinin nəticələrinin işə yeni istiqamət verdiyi barədə məlumat yayılmışdı.