Dəhşətli olay! 7 il xarabalıqda saxlanılan 8 yaşlı qız azad edildi

Dəhşətli olay! 7 il xarabalıqda saxlanılan 8 yaşlı qız azad edildi Dünya

Atası tərəfindən 7 il xarabalıqda saxlanılan 8 yaşlı qız anasına qovuşdu.

News24.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində atası tərəfindən qaçırılaraq 7 il müddətində xaraba vəziyyətdə olan evdə bağlı saxlanılan 8 yaşlı Nazar S. polis əməliyyatı nəticəsində azad edilib.

Almaniya vətəndaşı olan ana Rebekka S. ilə uşağın yenidən görüşü duyğulu anlara səbəb olub.

Aparılan DNT testinin nəticəsinə əsasən, Nazarın 99,99 faiz ehtimalla Rebekka S.-nin övladı olduğu dəqiqləşdirilib. Ailə və Sosial Xidmətlər İdarəsinin nəzarəti altında aparılan hüquqi prosesin yekununda məhkəmə uşağın qəyyumluğunu anaya verib və onun Almaniyaya qaytarılması barədə qərar çıxarıb.

(haberglobal.com)

Nilufər

Dəhşətli olay! 7 il xarabalıqda saxlanılan 8 yaşlı qız azad edildi