71 illik hesablaşma: - İranın ABŞ-a qarşı iddiası
Dünya
1953-cü ildə İranda baş nazir Məhəmməd Musaddiqin devrilməsi ilə nəticələnən çevrilişdə iştirakına görə 71 ildən sonra ABŞ-a qarşı açılan işin ilk məhkəməsi keçirilib.
News24.az xəbər verir ki, Tehranda 55-ci Beynəlxalq Hüquq Məhkəməsində keçirilən işin ilk iclasında Musaddiqin nəvəsi Mahmud Musaddiq də iştirak edib.
İclasın əvvəlində çıxış edən məhkəmə hakimi Məcid Hüseynzadə bildirib ki, ABŞ hökuməti və 6 Amerika rəsmisinə qarşı açılan işdə ölkənin 20-dən çox ştatından təxminən 402 min İran vətəndaşı iştirak edir.
İranlı vəkil bildirib ki, çevriliş nəticəsində İran vətəndaşlarına dəyən zərərin ödənilməsi üçün məhkəmədən ABŞ-a qarşı maddi, mənəvi və cəza təzminatının təyin edilməsini istəyiblər.
Daha sonra məhkəmədə iştirak edən Mahmud Müsəddiq babasının neftin milliləşdirilməsi uğrunda apardığı mübarizənin yaxından şahidi olduğunu bildirib.
Müsəddiq məhkəmədən İranın qanuni hökumətinin aradan qaldırılması və ölkənin sərvətlərinin talanması nəticəsində verdiyi böyük itkilərə görə ABŞ-a qarşı maddi, mənəvi və cəza təzminatının təyin edilməsini istəyib.
Qeyd edək ki, məhkəmənin yaxın günlərdə davam etdiriləcəyi bildirilib.
Günel Məlikzadə