7,8 baş gücündə zəlzələ baş verdi - Video
Dünya
Filippinin cənubunda 7,8 bal gücündə zəlzələ baş verib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, zəlzələ səhər saat 07:37-də qeydə alınıb.
Zəlzələnin episentri General Santos şəhərindən təxminən 13 kilometr cənub-qərbdə və yerin təxminən 10 kilometr dərinliyində olub.
Nəticədə genişmiqyaslı elektrik kəsintiləri baş verib və bir çox sahilyanı bölgələrdə sunami təhlükəsi yaranıb. Hakimiyyət orqanları sakinləri təxliyə olunmağa və təhlükəsiz ərazilərə çəkilməyə çağırıblar.
Məlumata görə, təbii fəlakətdən birbaşa təsirlənən Filippinin bəzi sahilyanı ərazilərində hündürlüyü 3 metrə çatan sunami dalğaları yarana bilər. Eyni zamanda, qonşu İndoneziya və Malayziya sahillərində də təxminən 1 metr hündürlüyündə dalğaların yaranma riski mövcuddur.
Hazırda infrastruktura dəyən ziyan və ya insan tələfatı barədə dəqiq məlumat yoxdur. Güclü yeraltı təkanlar qonşu İndoneziyanın Şimali Sulavesi və Şimali Maluku bölgələrində də hiss olunub.
Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.