78 ildən sonra bayrağı dəyişdilər

78 ildən sonra bayrağı dəyişdilər Dünya

Şimali Koreya 1948-ci ildə dövlətin yaradılmasından bəri ilk dəfə milli bayrağının ölçü nisbətini dəyişib.

News24.az “Yonhap”a istinadla xəbər verir ki, bu barədə ölkənin yenilənmiş Konstitusiyasında qeyd olunub.

Şimali Koreyanın “Naenara” təbliğat portalında dərc edilən Konstitusiyanın 166-cı maddəsinə əsasən, bayrağın hündürlüyünün eninə nisbəti əvvəlki 1:2 əvəzinə 1:1,65 olaraq müəyyənləşdirilib.

Bununla belə, bayrağın ümumi dizaynı dəyişməz qalıb. Mərkəzdə geniş qırmızı zolaq, onun yuxarı və aşağı hissələrində nazik ağ zolaqlar, kənarlarda mavi zolaqlar və ağ dairə içərisində qırmızı beşguşəli ulduz saxlanılıb.

Qeyd edək ki, bayrağın əvvəlki ölçü nisbəti onilliklər ərzində, o cümlədən 2023-cü ilin sentyabrında aparılan konstitusiya dəyişikliklərindən sonra da qüvvədə qalıb. Müşahidəçilər bu qərarı Şimali Koreya lideri Kim Çen Inın özünəməxsus idarəçilik üslubu və yeni milli kimlik formalaşdırmaq səyləri ilə əlaqələndirirlər.