800 illik qəsr 1 avroya satılır

800 illik qəsr 1 avroya satılır Dünya

Saksoniyada (Almaniyada) 800 illik qəsr 1 avroya satışa çıxarılıb.

News24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, satışın məqsədi tarixi abidənin bərpası üçün investor cəlb etməkdir:

"Tarixi Şnadits qəsri ümumi sahəsi təxminən 1 012 kvadratmetr olan su üzərində inşa edilmiş qaladır. Kompleksə cəngavərlər zalı və iki qüllə daxildir".