82 yaşlı “Firdevs hanım”ın son halı

82 yaşlı “Firdevs hanım”ın son halı Dünya

Türkiyənin tanınmış aktrisası Nebahat Çehre Almaniyada obyektivlərə tuş gəlib.

News24.az xəbər verir ki, küçədə görüntülənən 82 yaşlı sənətçinin son fotoları qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Paylaşılan görüntülərdə Nebahat Çehrenin gümrah görünüşü və illərə meydan oxuyan siması diqqət çəkib. Bir çox istifadəçi aktrisanın yaşına baxmayaraq baxımlı və enerjili qaldığını vurğulayıb.

Sosial media izləyicilərinin əksəriyyəti sənətçinin görünüşünü yüksək qiymətləndirərək onun illər keçsə də cazibəsini qoruduğunu qeyd edib. Bəzi istifadəçilər isə yayılan fotolarda rəqəmsal düzəlişlər edildiyini iddia edərək şəkillərin fotoşopdan keçirildiyini irəli sürüblər.(demokrat.az)