86 yaşlı qayınana gəlini tərəfindən döyülərək öldü - Foto

86 yaşlı qayınana gəlini tərəfindən döyülərək öldü - Foto Dünya

Ankarada dəhşətli ailə zorakılığı hadisəsi yaşanıb.

News24.az xəbər verir ki, 54 yaşlı A.S. adlı qadının qayınanasını döyməsi nəticəsində 86 yaşlı Nadiye Sayın iki həftəlik müalicədən sonra xəstəxanada dünyasını dəyişib.

Hadisə oktyabrın 18-də Ankaranın Keçiören rayonunda baş verib. İddiaya görə, A.S. tez-tez həyat yoldaşı Fahri Sayın (64) və qayınanası Nadiye Sayınla mübahisə edir və hər dəfə mübahisə fiziki zorakılıqla nəticələnirmiş.

Məlumata görə, başından və bədənindən xəsarət alan yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, amma reanimasiya şöbəsində iki həftəlik müalicədən sonra həyatını itirib.

Fahri Sayın polisə verdiyi ifadədə həyat yoldaşının onu və anasını davamlı olaraq döydüyünü, təhqir etdiyini bildirib. Gəlin A.S. isə əksinə, ərinin zorakılıq törətdiyini və özünü müdafiə etdiyini iddia edib.

86 yaşlı qayınana gəlini tərəfindən döyülərək öldü - Foto