9 500 illik ana və doğulmamış körpəsinin qalıqları tapıldı
Dünya
İsveçin Qotland sahillərində yerləşən Lilla Karlsö adasında aparılan arxeoloji qazıntılar zamanı diqqətçəkən tapıntı aşkarlanıb.
News24.az xəbər verir ki, arxeoloqlar Suder Vaqnhus adlı mağaranın təxminən 5 metr dərinliyində gənc qadına aid sümüklər və döl qalıqları aşkar ediblər.
Tədqiqatçılar ilkin qiymətləndirmədə dölün təxminən 32–34 həftəlik olduğunu bildiriblər. İlkin araşdırmalara görə, qadının yeniyetməlik dövrünün sonlarında olduğu ehtimal edilir.
Qalıqların dəqiq yaşı hələ müəyyən edilməyib. Tədqiqatçılar sümüklərin birbaşa radiokarbon üsulu ilə tarixləndirilməsini aparmayıblar. Lakin qalıqların aşkar edildiyi arxeoloji təbəqə və həmin səviyyədə tapılan digər artefaktlar əsasında ana və dölün 8–9 min il əvvəl yaşamış ola biləcəyi ehtimal edilir.
Hazırda radiokarbon tarixləndirilməsi və qədim DNT analizlərinin aparılması planlaşdırılır.