9-cu sinif şagirdləri imtahanda kalkulyatordan istifadə - EDƏ BİLƏCƏK
Dünya
Rusiyada 9-cu sinif şagirdlərinə 2024-cü ildə riyaziyyatdan əsas dövlət imtahanı (OGE) üzrə tapşırıqları yerinə yetirərkən proqramlaşdırılmayan kalkulyatordan istifadə etməyə icazə verilib.
News24.az xəbər verir ki, bu barədə Federal Pedaqoji Ölçülər İnstitutunun (FIPI) saytında məlumat verilib.
Qeyd edək ki, 2022-2023-cü illər üçün riyaziyyat üzrə OGE spesifikasiyalarında kalkulyatordan istifadə etmək imkanı yox idi.
Aynurə