9 yaşlı uşaq evdə yanğın törətdi

9 yaşlı uşaq evdə yanğın törətdi Dünya

Rusiyanın Arzamas şəhərində 9 yaşlı uşaq evdə yanğın törədib.

News24.az xəbər verir ki, bu barədə Nijni Novqorod vilayətinin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı uşaq evdə tək olub. O, həmin gün xəstələndiyi üçün məktəbə getməyib. Azyaşlı çay qaynatmaq üçün çayniki qaz plitəsinə qoyub. Daha sonra başqa otağa keçərək çayniki qazın üstünə qoyduğunu unudub.

Bir müddət sonra mətbəxə qayıdan uşaq mətbəxdə yanğın çıxdığını görüb. Xoşbəxtlikdən azyaşlı cəld tərpənib binanın birinci mərtəbəsində yaşayan nənəsinin yanına qaçıb. Nənəsi dərhal yanğınsöndürənlərə məlumat verib.

Yanğın nəticəsində mənzildə 30 kvadratmetr sahədəki mebel və əşyalar yanıb.