932 nəfər Lassa hərarətinə yoluxdu - ÖLƏNLƏR VAR

932 nəfər Lassa hərarətinə yoluxdu - ÖLƏNLƏR VAR Dünya
Dünya Çində yaranan koronavirusla mübarizə apararkən, Qərbi Afrika ölkələsi Nigeriyada heyvanlardan insana keçən və  ölümcül olan Lassa hərarətinə görə ölənlərin sayı 176-ya çatıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya Xəstəliklərinə Nəzarət Mərkəzinin verdiyi açıqlamada 29 ştatda, xüsusən Edo, Ebonyi, Ondo və Bauçidə 932 yoluxmanın qeydə alındığı bildirilib. İlin əvvəlindən epidemiya səbəbiylə ölənlərin sayının 176 nəfərə çatıb.