Aİ İspaniyaya 115 milyon avro yardım ayıracaq – SƏBƏB
Dünya
Avropa İttifaqı Seuta muxtar şəhərində yaranmış miqrasiya böhranının nəticələrinin aradan qaldırılması üçün İspaniyaya təxminən 115 milyon avro maliyyə yardımı göstərəcək.
News24.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Vəsait Seuta sərhədinin və sərhəd nəzarətinin gücləndirilməsinə, müşayiətsiz yetkinlik yaşına çatmayan miqrantların yerləşdirilməsinə, həmçinin qanunsuz miqrantların Mərakeşə geri qaytarılmasına yönəldiləcək.
İspaniya təcili maliyyə yardımının göstərilməsi ilə bağlı Avropa İttifaqına rəsmi müraciəti avqustun 24-də edib. (APA)