ABŞ 15 milyard dollarlıq layihəyə imza atır

ABŞ 15 milyard dollarlıq layihəyə imza atır Dünya

ABŞ-nin Ayova ştatında ölkə tarixinin ən böyük polad zavodlarından birinin tikilməsi planlaşdırılır.

News24.az xəbər verir ki, “Mesabi Metallics” şirkətinin layihəsinin dəyəri təxminən 15 milyard dollar olacaq.

Zavodun ilk mərhələdə ildə 7,5 milyon ton polad istehsal etməsi, daha sonra isə bu göstəricinin 10 milyon tona çatdırılması planlaşdırılır.

Müəssisə ilk məhsulunu 2030-cu ildə istehsal etməyi planlaşdırır.

Zavodun ən azı 1 750 daimi iş yeri yaradacağı, tikinti mərhələsində isə 6 minədək əlavə iş yerinin açılacağı bildirilir.

Zavod üçün dəmir filizi Minnesota ştatındakı mədəndən gətirilməsi nəzərdə tutulur.