ABŞ Aİ-nin müdafiə siyasətini tənqid etdi
Dünya
ABŞ Avropa İttifaqının müdafiə sahəsində Avropa istehsalı olan silahlara üstünlük verməsini tənqid edib.
News24.az xəbər verir ki, bunu ABŞ-nin Aİ-dəki səfiri Endryu Puzder Brüsseldə keçirilən Müdafiə və Kosmik Zirvə Toplantısında deyib.
Puzder bildirib ki, silah alarkən istehsal yerindən çox hərbi imkanlar və ehtiyaclar nəzərə alınmalıdır.
O, “Aİ-də istehsal olunub” yanaşmasının NATO müttəfiqləri arasında fikir ayrılığı yarada biləcəyini deyib. Səfir bunun əvəzinə “NATO-da istehsal olunub” yanaşmasının tətbiq edilməsini təklif edib.