ABŞ bu dəfə Kuba prezidentini oğurlamaq istəyir
Dünya
Kuba prezidenti Migel Dias-Kanelin oğurlanması Vaşinqtonun nəzərdən keçirdiyi mümkün variantlardan biridir.
News24.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset açıqlama verib.
Bununla belə, Pentaqon rəhbəri vurğulayıb ki, yekun qərar ABŞ prezidenti Donald Trampa məxsusdur.
“Bütün variantlar masanın üzərindədir”, – deyə Heqset jurnalistlərin Dias-Kanelin mümkün oğurlanmasının hələ də ssenarilərdən biri olub-olmaması ilə bağlı sualına cavab verərkən bildirib.
Bundan əvvəl ABŞ hakimiyyəti Kubanın keçmiş lideri Raul Kastro və digər şəxslərə amerikalıların qətlini təşkil etmək məqsədilə sui-qəsddə iştirak ittihamı irəli sürüb.
Bunun fonunda Donald Tramp ABŞ ilə Kuba arasında gərginliyin artmayacağını bəyan etmişdi. /RİA/