ABŞ bu layihələrə yüz milyonlarla dollar ayıracaq
Dünya
İran rəhbərliyi ABŞ Prezidenti Donald Trampın ölkə daxilində siyasi təsirinin aralıq seçkilər yaxınlaşdıqca zəiflədiyini hesab edir və bu səbəbdən Vaşinqtonla aparılan danışıqlarda güzəştə getməyə tələsmir.
News24.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ABŞ-ın keçmiş rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Bayden administrasiyasında Pentaqonun Yaxın Şərq siyasəti üzrə yüksək vəzifəli məmuru olmuş Dana Strole bildirib ki, İran rəsmiləri Trampın siyasi vaxt məhdudiyyətinin özlərindən daha qısa olduğunu düşünürlər.
"İranlılar bildirirlər ki, Trampın müəyyən etdiyi vaxt onların müəyyən etdiyindən daha qısadır", – deyə Strole qeyd edib.
Məqalədə həmçinin vurğulanıb ki, ABŞ-da bəzi nüfuzlu Respublikaçılar artıq Ağ Evi İranla bağlı münaqişəyə son qoymağa çağırırlar. Digər tərəfdən, Vaşinqtonda fəaliyyət göstərən Yəhudi Milli Təhlükəsizlik İnstitutunun eksperti Maykl Makovski son aylarda aparılan diplomatik səylərin nəticə vermədiyini bildirərək, İrana qarşı daha genişmiqyaslı hərbi kampaniyanın bərpasını dəstəklədiyini açıqlayıb.