ABŞ bu tarixdə İrana hücum edə bilər

ABŞ bu tarixdə İrana hücum edə bilər Dünya

ABŞ həftəsonu İrana hücum edə bilər

News24.az xəbər verir ki, “Dropsite News” bu barədə bir neçə mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın bu həftə sonu İrana qarşı hərbi əməliyyata icazə verməsi ehtimal olunur.

Bildirilib ki, ABŞ-nin Yaxın Şərqdəki əsas müttəfiqlərindən biri də daxil olmaqla, yüksək vəzifəli amerikalı hərbi rəsmilər mümkün hücum ssenariləri barədə məlumatlandırılıb.

Agentliyin “X” hesabında paylaşılan məlumata əsasən, ABŞ ordusu bölgədəki əsas müttəfiqinə İrana hücuma hazırlaşmaq göstərişi verib.

Hücum planı yalnız hərbi obyektləri deyil, həm də İran İslam Respublikasının devrilməsini təşviq etmək məqsədi ilə yüksək vəzifəli iranlı rəsmilərin hədəfə alınmasını nəzərdə tuta bilər.

Mənbələrin sözlərinə görə, ABŞ tərəfindən yekun qərar veriləcəyi təqdirdə, hücumun bazar günü başlaması ehtimalı müttəfiq tərəfə açıq şəkildə çatdırılıb.