ABŞ-ı buna məcbur etməliyik - Pezeşkian
Dünya
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ ilə imzaladığı memorandumun dəstəkləndiyini bəyan edib.
News24.az xəbər verir ki, bu barədə M.Pezeşkian X səhifəsində yazıb.
"İmzalanmış memorandum parlament üzvlərinin kollektiv müdrikliyinin nəticəsidir və bütün millət vəkilləri onu dəstəkləyir. Hesab edirəm ki, bu razılaşma gələcəkdə xarici əlaqələrimizin əsas elementi olacaq.
Biz rəqibi imzaladığı öhdəliklərə əməl etməyə məcbur etməyə çalışmalıyıq.
Ölkənin, bölgənin və müttəfiqlərimizin təhlükəsizliyi bu memorandum sayəsində daha da möhkəmlənəcək", — deyə Pezeşkian bildirib.