ABŞ COVID-19-la bağlı detalları açıqladı - İlk dəfə

ABŞ COVID-19-la bağlı detalları açıqladı - İlk dəfə Dünya

Ağ Ev COVID-19 virusunun laboratoriya mənşəli olması ilə bağlı detalları açıqlayıb.

News24.az xəbər verir ki, sənədlərdə virusun təbii ştammlarda rast gəlinməyən bioloji xüsusiyyətə malik olduğu və bütün yoluxma hallarının bir ilkin yoluxmadan qaynaqlandığı qeyd edilib.

Həmçinin bildirilib ki, Uhan Virusologiya İnstitutunun bəzi əməkdaşları hələ 2019-cu ilin payızında virusa yoluxublar.

Sənədlərdə, həmçinin, “EcoHealth Alliance” laboratoriyasının virusların modifikasiyası üzrə tədqiqatlar aparmaq üçün ABŞ-dən qrantlar aldığı iddia olunur.

Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi təşkilatın fəaliyyəti ilə bağlı araşdırma aparır.