ABŞ-də 5 texnologiya şirkəti məhkəməyə verildi

ABŞ-də 5 texnologiya şirkəti məhkəməyə verildi Dünya

Süni intellektlə bağlı təhlükəsizlik risklərinə görə ABŞ-də 5 böyük texnologiya şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb.

News24.az xəbər verir ki, “Təhlükəsiz Süni İntellekt Alyansı”nın rəhbərlik etdiyi bir qrup qeyri-hökumət təşkilatı “Anthropic”, “Google”, “Meta”, “OpenAI” və “SpaceX Super Intelligence” şirkətlərini məhkəməyə verib.

İddiaçılar şirkətlərin hazırladığı süni intellekt sistemlərinin bəşəriyyət üçün ciddi risklər yaratdığını və lazımi səviyyədə tənzimlənmədiyini bildiriblər. Onların iddiasına görə, şirkətlər süni intellekt sistemlərinin idarəolunmazlığını bilsələr də, daha güclü modellər hazırlamağa davam edirlər.

Təşkilatlar şirkətlərdən bu fəaliyyətləri dayandırmağı tələb ediblər.