ABŞ-də atışma - Yaralananlar var
Dünya
ABŞ-nin Kanzas-Siti şəhərində keçiriləcək 2026-cı il futbol üzrə dünya çempionatı öncəsi İngiltərə millisinin təlim-məşq düşərgəsinin yaxınlığında atışma baş verib.
News24.az xəbər verir ki, insident iyunun 6-na keçən gecə yaşanıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları panika içində müxtəlif istiqamətlərə qaçan böyük insan qrupu ilə qarşılaşıblar.
Nəticədə doqquz nəfər yerli xəstəxanalara çatdırılıb.
Polis hadisəni törədən şübhəlini axtarır.
İnsidentin başvermə səbəbləri barədə məlumat açıqlanmır.
Qeyd edək ki, 2026 FIFA Dünya Çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. / The New York Times/