21 yaşlı məşhur "TikTok" fenomeni güllələnərək öldürüldü

21 yaşlı məşhur "TikTok" fenomeni güllələnərək öldürüldü Dünya

ABŞ-nin Florida ştatında 21 yaşlı bloqer Brien Consonun (sosial şəbəkələrdə “Dreamdoll Brii” adı ilə tanınır) avtomobili gülləbaran edilib.

News24.az xəbər verir ki, hadisə iyulun 6-da səhər saatlarında Miramar şəhərində baş verib.

Məlumata görə, Consonun olduğu yaşıl “Lamborghini Urus” markalı maşına naməlum şəxslər atəş açıb.

Atəş nəticəsində sürücü idarəetməni itirib, avtomobil yolayrıcını keçərək yaşayış evinə çırpılıb.

Bloqer hadisə yerində keçinib.Avtomobildə olan daha iki nəfər isə müxtəlif dərəcəli güllə yaraları alaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onların şəxsiyyəti açıqlanmayıb.

Polis hadisənin səbəblərini araşdırır.