ABŞ-də bir gündə üç nəfər edam edildi

ABŞ-də bir gündə üç nəfər edam edildi Dünya

ABŞ-nin Florida, Alabama və İndiana ştatlarında bir gün ərzində üç nəfərin ölüm hökmü icra edilib.

News24.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.

Məlumata görə, Floridada 2004-cü ildə 75 yaşlı Ceki Melounun qətlində təqsirli bilinən 64 yaşlı Cessi Qvardordo edam edilib. O, qadının evinə daxil olaraq ona ölümcül bıçaq xəsarətləri yetirib, daha sonra isə zinət əşyalarını və pullarını oğurlayıb. Edamdan əvvəl Qvardordo mərhumun ailəsindən və öz yaxınlarından üzr istəyib.

Onun edamı 2026-cı ilin əvvəlindən bəri Floridada icra edilən 19-cu ölüm hökmü olub.

Alabama ştatında isə 54 yaşlı Maykl Teylora ölümcül inyeksiya tətbiq edilib. O, 1991-ci ildə, 19 yaşında olarkən qarət zamanı 83 yaşlı İvan Muru və onun 79 yaşlı həyat yoldaşı Lusili metal çubuqla döyüb. Hər iki şəxs aldığı xəsarətlərdən dünyasını dəyişib.

İndiana ştatında 2010-cu ildə evin yandırılması nəticəsində sevgilisinin iki övladının ölümünə səbəb olmaqda təqsirli bilinən 50 yaşlı Cefri Vayshayt edam edilib. O, günahını etiraf etsə də, vəkilləri ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəz olunmasını istəyiblər. Lakin ştatın qubernatoru Mayk Braun əfv müraciətini rədd edib.

AP qeyd edib ki, ABŞ-də eyni gündə üç fərqli ştatda üç nəfərin edam edilməsi nadir hadisədir. Sonuncu dəfə belə hal 2010-cu ildə qeydə alınıb.

Edamlar Kaliforniya qubernatoru Qevin Nyusomun vəzifə müddəti başa çatanadək ölüm hökmünə məhkum edilmiş 548 nəfərin cəzasını yüngülləşdirmək niyyətini açıqlamasından sonra baş verib.