ABŞ-də daşqınlar nəticəsində ÖLƏNLƏR VAR

ABŞ-də daşqınlar nəticəsində ÖLƏNLƏR VAR Dünya

ABŞ-nin Qərbi Virciniya ştatında bu həftə baş verən daşqınlar nəticəsində iki nəfər ölüb.

News24.az xəbər verir ki, ölənlərin şəxsiyyəti və hadisənin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, daşqınlar səbəbindən ştatın bütün 55 qraflığında fövqəladə vəziyyət elan edilib. Hakimiyyət orqanlarının məlumatına görə, 100-dən çox insan xilas edilib, itkin düşənlərin axtarışı isə davam edir.