ABŞ-də dəhşətli qasırğa: 726 min abonent qaranlıqda qaldı
Dünya
“İsaias” qasırğası ABŞ-nin cənub və cənub-şərq sahillərinə çatıb.
News24.az xəbər verir ki, güclü külək və yağış bir sıra ştatlarda problemlərə səbəb olub.
Florida və Alabama ştatlarında 726 mindən çox abonentin elektrik enerjisi kəsilib.
Qasırğa səbəbindən Alabama, Florida və Corciyanın bəzi ərazilərində sakinlərə təxliyə əmri verilib.
Meteoroloqlar güclü dalğalar və daşqın təhlükəsi barədə xəbərdarlıq ediblər. Qasırğanın həftəsonu daha da güclənəcəyi, həmçinin hava və dəmir yolu nəqliyyatında fasilələrə səbəb olacağı gözlənilir.