ABŞ-də dinozavr skeleti rekord qiymətə satıldı

ABŞ-də dinozavr skeleti rekord qiymətə satıldı Dünya

ABŞ-nin Nyu-York şəhərində keçirilən hərracda 67 milyon illik T-Reks dinozavrının skeleti 50,1 milyon dollara satılıb.

News24.az-ın məlumatına görə, "Sotbis" hərrac evində satışa çıxarılan və "Qus" adlandırılan skelet indiyədək hərracda satılan ən bahalı dinozavr fosili olub. Onun satış qiymətinin 20-30 milyon dollar olacağı gözlənilsə də, hərracda bu rəqəm xeyli üstələnib.

Qeyd edək ki, əvvəlki rekord 2024-cü ildə 44,6 milyon dollara satılan "Apeks" adlı steqozavr fosilinə məxsus idi.