ABŞ-də fövqəladə vəziyyət elan edildi

ABŞ-də fövqəladə vəziyyət elan edildi Dünya

ABŞ-də enerji sisteminə təhdidlər səbəbilə fövqəladə vəziyyət elan edilib.

News24.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sərəncam imzalayıb.

Məlumata görə, enerji sistemində bir sıra xarici istehsal texniki vasitələrdən istifadəyə də məhdudiyyət qoyub.

Sərəncamda qeyd olunub ki, enerji sistemləri üçün elektrik avadanlıqlarının xaricdən tədarükü ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə yaradır.

Bildirilib ki, bu təhlükənin mənbəyi əsasən ABŞ hüdudlarından kənardadır.

Trampın qərarına əsasən, xarici istehsal olan bəzi elektrik avadanlıqlarının və kritik proqram təminatlarının, eləcə də ABŞ-nin enerji şəbəkəsindəki boşluqlardan kiberhücumlar üçün istifadə edə biləcək rəqəmsal komponentlərin alınması və quraşdırılması qadağan edilir.

Məhdudiyyətlərə yüksək gərginlikli transformatorlar, günəş və akkumulyator sistemləri üçün invertorlar, generatorlar, rele mühafizəsi qurğuları və ağıllı elektron cihazlar daxildir.

Energetika nazirinə digər dövlət qurumları ilə koordinasiya şəraitində artıq quraşdırılmış xarici avadanlıqların təhlükələrin aradan qaldırılması məqsədilə istismar şərtlərini müəyyən etmək, həmçinin sərəncamın əhatə etdiyi mövcud və gələcək müqavilələrin dayandırılması ilə bağlı müddət və qaydaları müəyyənləşdirmək səlahiyyəti verilib.