ABŞ-də məktəb faciəsi - 3 uşaq güllələndi

ABŞ-də məktəb faciəsi - 3 uşaq güllələndi Dünya

ABŞ-nin Oreqon ştatında naməlum şəxs “Silver Rail” ibtidai məktəbində atəş açıb.

News24.az xəbər verir ki, o, əvvəlcə məktəb binasının yaxınlığında avtomobili gülləbaran edib, daha sonra məktəbə daxil olub.

Hadisə nəticəsində üç uşaq və bir böyük olmaqla, ümumilikdə 4 nəfər öldürülüb.

Hücum edən şəxs zərərsizləşdirilib. Onun hadisəni hansı səbəbdən törətdiyi hələlik məlum deyil.