ABŞ-də naməlum şəxs banka daxil olub müştəriləri girov götürdü
Dünya
ABŞ-nin Kaliforniya ştatının Beykersfild şəhərində naməlum şəxs bankda bir neçə nəfəri girov götürüb.
News24.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Məlumata görə, naməlum şəxs Çester-avenyu və 17-ci küçənin kəsişməsində yerləşən “Chase Bank” filialına daxil olaraq orada barrikada qurub.
Daha sonra o, bank müştərilərindən birini sərbəst buraxsa da, girovların ümumi sayı hələlik məlum deyil.
Polis cinayətkarın üzərində partlayıcı qurğu ola biləcəyini ehtimal edir.
Hazırda bank binası hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.
Hadisə yerinə Federal Təhqiqat Bürosunun əməkdaşları da cəlb olunub.