ABŞ-də Nikolas Maduroya işgəncə ittihamları irəli sürüldü

ABŞ-də Nikolas Maduroya işgəncə ittihamları irəli sürüldü Dünya

ABŞ-də Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silıya Floresə qarşı yeni ittihamlar elan edilib. Onlar hakimiyyəti qoruyub saxlamaq naminə siyasi rəqiblərinə və ABŞ vətəndaşlarına işgəncə verməkdə günahlandırılırlar.

News24.az bildirir ki, bu barədə "Reuters" agentliyi ittiham aktına istinadən xəbər verib.

Nikolas Maduro və Silıya Flores yanvar ayından bəri ABŞ-də həbsdə saxlanılırlar. Sənəddə qeyd olunur ki, Venesuelanın sabiq dövlət başçısına və xanımına qarşı qanunsuz narkotik dövriyyəsindən əlavə, işgəncə vermək məqsədilə əlbir olmaq ittihamı da irəli sürülüb.

ABŞ Prokurorluğunun məlumatına görə, Maduro 2013-cü ildə dövlət çevrilişinə cəhddə şübhəli bilinən venesuelalı zabitin həbs olunması barədə əmr verib. Dindirmə zamanı hərbi əks-kəşfiyyat idarəsinin əməkdaşları hərbçini əl və ayaqlarından asaraq naqillərlə 20-yə yaxın zərbə vurublar.

Prokurorluq digər analoji insidentin 2022-ci ildə baş verdiyini bildirir. Həmin vaxt Venesuela sərhədində saxlanılan ABŞ vətəndaşı Nikolas Maduroya qarşı sui-qəsd cəhdində günahlandırılıb. Hərbi əks-kəşfiyyat əməkdaşları ona da elektroşokla ağır işgəncələr veriblər.

Xatırladaq ki, yanvar ayında ABŞ xüsusi təyinatlıları Nikolas Maduro və Silıya Floresi saxlayaraq Nyu-Yorka aparıblar və orada onlara qarşı narkoterrorizm ittihamları irəli sürülüb. İş üzrə məhkəmə baxışı 2027-ci ilin yayında başlayacaq. Maduro elan olunmuş ittihamları rədd edir və məhkəməni onları ləğv etməyə çağırır.