ABŞ-də qadın müəllimdən şagirdinə qarşı iyrənc hərəkət - Həbs edildi

ABŞ-də qadın müəllimdən şagirdinə qarşı iyrənc hərəkət - Həbs edildi Dünya

ABŞ-də qadın müəllim bir il ərzində yeniyetmə şagirdini cinsi istismara məruz qoymaqda və ona qeyri-etik məzmunlu fotolar göndərməkdə ittiham olunaraq həbs edilib.

News24.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

İstintaqın məlumatına görə, 41 yaşlı Samanta Uotson şagirdi ilə intim münasibətdə olub və ona açıq-saçıq xarakterli materiallar göndərib.

İddia edilən cinayətlər 2017–2018-ci illərdə törədilib.

Təqsirləndirilən şəxs saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

İstintaq davam edir.