ABŞ-də qadınların çılpaq görüntülərini çəkən şəxs saxlanıldı

ABŞ-də qadınların çılpaq görüntülərini çəkən şəxs saxlanıldı Dünya

ABŞ-nin Uilminqton şəhərində kollecə məxsus soyunub-geyinmə otağında qadınların görüntülərinin gizli çəkən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, Ceyson Barker adlı təmizlik işçisinin tavandan telefonla soyunub-geyinən qadınları gizli şəkildə lentə aldığı iddia olunur.

Hadisəni futbol komandasında oynayan tələbələrdən biri aşkarlayıb.

O, tavanda gizlənən və telefonla çəkiliş edən şəxsi görərək polisə məlumat verib.

Barker saxlanılıb, lakin ittihamları qəbul etməyib. O, həmin vaxt tavanda İncil oxuduğunu bildirib.

Hazırda hadisə ilə bağlı araşdırma davam edir.

Şübhəli şəxsin məhkəməsi oktyabrın 5-də keçiriləcək.