ABŞ-də qanlı insident - Qadın 2 nəfəri bıçaqladı

ABŞ-də qanlı insident - Qadın 2 nəfəri bıçaqladı Dünya

Nyu-Yorkda Tayms-skver meydanı yaxınlığında qadın iki nəfərə bıçaqla hücum edib.

News24.az xəbər verir ki, bu barədə şəhərin meri Zoxran Mamdani bildirib.

Məlumata görə, polislər hücum edən qadına atəş açıblar.

İki zərərçəkən və qadın xəstəxanaya çatdırılıb.

Daha sonra zərərçəkənlərdən biri və hücum edən qadın ölüb.

“Dərin təəssüflə bildirirəm ki, zərərçəkənlərdən biri, eləcə də ehtimal olunan cinayətkar həyatını itirib. İkinci zərərçəkən hazırda xəstəxanadadır və vəziyyəti stabildir”, – deyə mer bildirib.

Nyu-York polis komissarı Cessika Tişin sözlərinə görə, hücum edən qadının üzərində iki bıçaq olub.

Şahidlər polisə bildiriblər ki, qadın əvvəlcə metro stansiyasının qarşısında dayanan 68 yaşlı kişiyə yaxınlaşaraq onu bıçaqlayıb.

Təxminən 20 saniyə sonra isə 32 yaşlı qadına hücum edərək onu qarnından yaralayıb.

Həmin qadın daha sonra xəstəxanada ölüb.

Tiş həmçinin bildirib ki, polis tərəfindən saxlanılarkən qadın müqavimət göstərib və polis əməkdaşlarını öldürməklə hədələyib.

Bildirilib ki, hücum edən qadın 49 yaşlı Pamela Sisnerosdur. Onun psixi xəstəlikdən müalicə aldığı qeyd edilir.