ABŞ-də qəfil daşqın və güclü tufan can aldı

ABŞ-də qəfil daşqın və güclü tufan can aldı Dünya

ABŞ-nin bir neçə ştatında baş verən qəfil daşqın və güclü tufan nəticəsində azı 8 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, ABC telekanalının məlumatına görə, ən ağır hadisə Yuta ştatında qeydə alınıb. Milli meşə ərazisi olan Fişleykdə ailəvi yürüş zamanı şəhərin yanğınsöndürmə xidmətinin kapitanı, həyat yoldaşı və üç oğlu daşqının qurbanı olublar.

Texas ştatının qubernatorunun açıqlamasına əsasən, əlverişsiz hava şəraiti nəticəsində daha iki nəfər ölüb. Arizona ştatında isə bir kişinin həyatını itirdiyi bildirilir.

Hazırda aidiyyəti qurumlar fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirir. ABŞ-nin bir sıra bölgələrində güclü yağış və daşqın təhlükəsi ilə bağlı xəbərdarlıqlar qüvvədə qalır.