ABŞ-də siyasi böhranın dərinləşəcəyi bildirilir

ABŞ-də siyasi böhranın dərinləşəcəyi bildirilir Dünya

ABŞ-də daxili siyasi qarşıdurmanın qarşıdakı aylarda daha da dərinləşəcəyi proqnozlaşdırılır.

News24.az xəbər verir ki, bunu amerikalı ekspert Malek Dudakov “Vesti” agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri fonunda Prezident Donald Tramp və Respublikaçılar çətin vəziyyətlə üzləşə bilər.

Ekspert bildirib ki, Demokratlar seçkidən sonra Trampa qarşı araşdırmalar aparmağa və impiçment prosesinə başlamağa hazırlaşırlar.

Dudakovun sözlərinə görə, Trampın komandası da mümkün araşdırmalara və impiçment dinləmələrinə hazırlaşır.

O hesab edir ki, bu proseslər ABŞ-də daxili siyasi qarşıdurmanı daha da gücləndirə bilər.

Qeyd edək ki, Tramp daha əvvəl respublikaçıların noyabr seçkilərində məğlub olacağı təqdirdə impiçmentlə üzləşə biləcəyini bildirib.